Neftçalada Milli Qurtuluş Günü münasibətilə konsert keçirilib.

"Unikal" xəbər verir ki, Neftçala rayonunda keçirilən konsert tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edib.

İlk öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Konsertdə müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə Bakıya gəlişi, bundan sonra ölkədə həyata keçirilən irimiqyaslı işlərin görülməsi, tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olması haqqında geniş məlumat verilib.

Konsert Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladıqları musiqi proqramı ilə davam edib.