İlin əvvəlindən indiyə kimi SOCAR “Azəriqaz” İstehsalat Birliyini 15 kənd və 25 yaşayış məntəqəsini qazlaşdırıb.

"Unikal" xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, hazırda 23 kənd və 19 yaşayış məntəqəsinin qazlaşdırma prosesi aparılır, 11 kənd və 14 yaşayış məntəqəsində işlər bitmək üzrədir.

“23 kənd və 19 yaşayış massivində işlər bütün şərait nəzərə alaraq intensiv şəkildə aparılır”, - Eldəniz Vəliyev qeyd edib.

O əlavə edib ki, əgər fors major hallar baş verməsə ilin axırına kimi 59 kənd və 102 yaşayış məntəqəsinin qazlaşdırılması prosesini bitirmək planlaşdırılır.