"Qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması təklif edilir".

"Unikal"ın məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrdə qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur.

“Qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur. Təklif edirəm ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun”, - deyə o əlavə edib.