"Bakıda istifadə olunan taksi gedişlərinin 60 faizə yaxını 1,5-3 km məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır. Son 1 ildə avtobuslardan istifadə 40 faizə qədər azalıb. Metrodan istifadə isə hələ də 2019-cu ilin səviyyəsinə çatmayıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlaemntin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

Komitə sədri bildirib ki, taksi sayının əhaliyə nisbətdə yüksək olması diqqət çəkir:

"Məsələn, İstanbulda taksi sayı üçün kvota müəyyən edilib. Hazırda 17 min 325 ədəd müəyyənləşib. İstanbulun əhalisinin sayı 15 milyona yaxındır. Əhali nisbətinə baxanda İstanbulda hər 865 nəfərə 1 taksi düşürsə, Azərbaycanda hər 85 nəfərə bir taksi düşür. Təxminən 10 dəfəyə yaxın fərq var".

Anar Kəlbiyev