"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyatla bağlı problemlər xüsusi olaraq araşdırılır. Yığılmış problemlər var, onların mərhələli şəkildə həlli üçün görüləsi addımlar da var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, hava limanında qanunsuz taksi daşımalarının qarşısını alınıb.

R.Hümmətov qeyd edib ki, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yüksəldilməsinə diqqətin artırılmasına ehtiyac var:

"İctimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir".

Anar Kəlbiyev