"Qanunun qəbulunda əsas məqsəd vətəndaşların hüquqlarının qorunmasıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur.

“Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də nazirliyin fəaliyyətində yoxdur".

Anar Kəlbiyev