Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar AR İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 08-10 iyun tarixlərində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin təqdimatı sərgisi keçirilib.

"Unikal" xəbər verir ki, doğma çay “Azerçay” “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən yerli şirkətlərin sərgisinə tərəfdaşlıq edib.

Tədbirdə “Azerçay” markası hər zamankı kimi ənənəsinə sadiq qalaraq iştirakçıları ətirli və dadlı Azərbaycan çayına qonaq edib. Bununla yanaşı 3 gün davam edən tədbirin qonaqlarına milli çay
markası haqqında məlumatlar təqdim olunub.

Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır. Eyni zamanda
“Azerçay” markası həyata keçirilən bu kimi tədbirləri dəstəkləyir.