Tanrıverdi Mustafayev Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinə işə qəbul olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin mətbuat katibi vəzifəsi də müvəqqəti olaraq Tanrıverdi Mustafayevə həvalə olunub.

Xatırladaq ki, Tanrıverdi Mustafayev bu təyinatadək "Azərişıq" ASC-də çalışıb.

Onu da qeyd edək ki, Penitensiar Xidmətin keçmiş mətbuat katibi Mehman Sadıqov bir müddət əvvəl dünyasını dəyişib.

Murad İbrahimli