Luis Felipe Skolari "Atletiko Mineyro"nun baş məşqçisi təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Braziliya klubunun saytı məlumat yayıb. Tərəflər 2024-cü ilin sonuna qədər müqavilə imzalayıb. Skolarinin son iş yeri "Atletiko Paranaense"si olub.
74 yaşlı braziliyalı mütəxəssis Braziliya və Portuqaliya millilərini, "Çelsi" və digər komandaların baş məşqçisi kimi fəaliyyəti ilə tanınır. O, ötən il “Atletoko Paranaense”nin baş məşqçiliyindəm ayrıldıqdan sonra, noyabrda məşqçi karyerasını başa vurduğunu açıqlamışdı.