İyunun 18-də Rotterdamda UEFA Millətlər Liqası turnirinin finalı baş tutub.
"Unikal" xəbər verir ki, kubok uğrunda İspaniya və Xorvatiya komandaları mübarizə aparıb.
Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Oyundan sonra penalti zərbələri ilə ispanlar uğur qazandılar - 5:4.
Bu, ispanların son 11 ildə ilk böyük qələbəsidir. Qeyd edək ki, 2012-ci ildə İspaniya Avropa çempionu olmuşdu.
Xorvatiya yığması ötən il dünya çempionatının bürünc medalını qazanıb.
Ağarza Elçinoğlu