Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.

Direktor bildirib ki, sabah gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

R.Əzizov əlavə edib ki, yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək.