Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə direktor müavini - baş həkim təyin olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Kifayət  Məmmədova təyinat alıb. K.Məmmədova Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.

Həmçinin, Perinatal Mərkəzin müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilərək həkimlər sırasından çıxarılıb. Eyni zamanda, 3 şöbə müdiri tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib, 1 mama-ginekoloqa isə töhmət intizam cəzası verilib.