"İyunun 20-24-də keçiriləcək sertifikasiya imtahanlarında 60 yaşı tamam olan və yaşı 60-dan daha çox olan müəllimlər iştirak etməyəcəklər".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun (ARTİ) İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva deyib.

O bildirib ki, müəllimlər könüllü şəkildə də imtahanlarda iştirak etməyəcəklər.

"Bu, müəllimlərin istəyi ilə qəbul olunub. Könüllü şəkildə iştirak etmək istəyən müəllimlər var. Lakin “Təhsil haqqında” qanuna edilən dəyişiklik əsasında hazırlanacaq yeni qaydalar təsdiq edilməyib", - deyə T.Quliyeva vurğulayıb.