Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.  

Bu barədə "Unikal"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən məlumat verilib. 

Agentlik  abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edir.