Azərbaycan Cüdo Federasiyasının idmançıları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) müxtəlif funksional testlərdən keçiblər.
Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, cüdo üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının 18 nəfərdən ibarət heyəti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasında aşağıda qeyd olunan funksional testlərdən keçib:
- Ilkin tibbi baxış;
- Əzələ fəaliyyətinin qiymətləndirilməsi (Muscle function screening incl.core stability);
- Bədənin xüsusi tərkibinin ölçülməsi (Body composition measurement);
- Ürəyin ultrasəs müayinəsi (Exokardioqrafiya);
- CPET (Cardiac-Pulmonary Exercise Test).
Qeyd edək ki, proqram hər idmançı üçün fərdi olaraq Böyük Britaniyanın klinik protokollarından (Institute of Sport and Exercise Health, University College London) və Avstriyanın “ComplexCore” fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib olunub.