Ermənistanda tikinti işləri aparan traktor və "KamAZ" dağda baş verən uçqunun altında qalıb.
"Unikal" erməni KİV-ə istinadla xəbər verir ki, hadisə Kotayk rayon Bjni kəndində Konserv zavodunun yaxınlığında baş verib.
Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb.
"Məlum olub ki, aparılan işlər zamanı “Universal Ekspert” MMC-nin ərazisində sürüşmə baş verib", - deyə Ermənistan DİN açıqlayıb.
Xilasedicilər ərazini mühasirəyə alıblar.
Ağarza Elçinoğlu