Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda isveçli İbrahim Marvanla qarşılaşıb.
Rəqibinə 2:0 (8:2, 7:3) hesabı ilə qalib gələn Dadaşov adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Uqo Arilya Vaskes (İspaniya) - Andrea Konti (İtaliya) cütünün qalibi olacaq.