28-29 İyun 2023-cü il tarixində ölkədə Qurban Bayramı qeyd olunacaq. Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, o cümlədən rahat həyata keçirilməsi məqsədilə məntəqələr yaradılıb. Belə ki, şəhərin “Kəpəz-Bazarı” ASC-də, "İmamzadə" Dini Kompleksinin qurbangahında, M. Bağırov və Bayan küçələrinin ərazisində qurbanlıq heyvanların satışı və kəsimi məntəqələri təşkil olunacaq.
"Unikal" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sözügedən məntəqələrə baxış keçirib, burada yaradılan şəraitlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə İslam qaydası əsasında kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, o da bildirilib ki, ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına məqsədilə kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılması üçün məntəqələrin döşəməsi drenaj sistemi ilə təmin edilib. Məntəqələrdə tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər də yerləşdirilib.
Niyazi Bayramov görülən işlərlə yerində tanış olduqdan sonra aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, sakinlər Qurban Bayramı günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd olunan ünvanlara yaxınlaşa bilərlər.
Niyazi Bayramov heyvanların kəsim məntəqələrində yaradılan şəraitlə tanış olub - FOTOLAR
10:56 25-06-2023
İDMAN
Digər Xəbərlər
2024-11-28 17:49:04
2024-11-28 17:18:03
2024-11-28 16:45:00
2024-11-28 14:42:00
2024-11-28 13:26:12
2024-11-28 12:45:00
2024-11-28 12:40:47
2024-11-28 12:32:22
2024-11-28 11:54:42
2024-11-28 10:20:00
2024-11-28 09:19:33
2024-11-28 09:17:00
2024-11-28 09:03:47
2024-11-27 23:53:55
2024-11-27 21:55:45
2024-11-27 20:00:30
2024-11-27 19:57:37
2024-11-27 19:30:12
2024-11-27 18:44:15
2024-11-27 17:37:00