Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
"Unikal" xəbər verir ki, qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib.
Çempionluq uğrunda dueldə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, ümumi hesabı 3:3 edib.
Qalibi qızıl xal müəyyənləşdirməli olub. Lakin fransalı Adrian Mivovan 60 kq çəki dərəcəsində Məhəmməd Musayevin önünə çıxmadığından, idmançımız qalib elan edilib və Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.