Muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysun Dərvişova Polşada təşkil olunan III Avropa Oyunlarına qələbə ilə başlayıb.
"Unikal" xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir finalda Xorvatiya idmançısı Zelyana Pitesaya 30:26 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Digər idmançımız Emiliya Rzayevanın (63,5 kq) rəqibi Nora Kornollun (Fransa) artıq çəkisi olduğu üçün görüşə çıxmayıb, idmançımız qalib elan olunub və yarımfınala vəsiqə qazanıb.
Hər iki təmsilçimiz özü üçün ən azı bürünc medalı təmin edib.
Daha əvvəl millimizin digər üzvü Xəyal Əliyev (67 kq) yarımfinala vəsiqə qazanaraq, minimum bürünc medalı təmin etmişdi.
Yarımfinal görüşləri iyunun 26-da keçiriləcək.