Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.
"Unikal" xəbər verir ki, danışıq zamanı Rusiyadakı inkişaflar, İsveçin NATO-ya üzvlüyü və Türkiyəyə F-16 satışı müzakirə edilib.Görüş zamanı Rusiyada baş verən son hadisələr müzakirə olunub. Bildirilib ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geri dönməz humanitar fəlakətlərin qarşısını alıb.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyada baş verənlərin Ukraynada ədalətli sülh yolunda yeni mərhələ olmasını arzuladığını bildirib.
Görüşdə İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə olunub. Bildirilib ki, Türkiyənin İsveçin üzvlüyünə konstruktiv münasibəti davam edir, lakin bu ölkədə PKK/PYD/YPG tərəfdarları sərbəst hərəkətə keçdiyi üçün qanunvericilik dəyişikliklərinin heç bir mənası yoxdur.
F-35 kontekstində yaşanan haqsızlıqların İsveçin üzvlüyü ilə Türkiyənin F-16 tələbinə bağlı olması istiqamətində səylərin Türkiyəyə deyil, NATO və NATO-nun təhlükəsizliyinə zərər verdiyi bildirilib.