İndoneziyanın şimalında Rixter cədvəli üzrə 5,2 bal gücündə güclü zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii hadisənin episentri İndoneziyanın şimal-qərbində yerləşən Sibolqa şəhərindən 58 km aralıda, 85,9 km dərinlikdə aşkar edilib.
Dağıntılar barəsində məlumat verilməyib.