Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) matçının məkanı rəsmən təsdiqlənib.
"Unikal" xəbər verir ki, Cəbəllütariqdəki "Viktoriya" stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.