İtaliyada futbolçulara forma nömrəsi olaraq "88"dən istifadə etmək qadağan edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə niyyəti haqqında bəyannamə imzalanıb.
Bildirilib ki, sözügedən rəqəm nasist lideri Adolf Hitleri xatırlatdığı üçün bu, futbolçulara qadağan olunub.
Bu addım İtalyan əlifbasının 8-ci hərfi olan "H"dan "Heil Hitler" salamı üçün istifadə edildiyində 88 alındığı üçün atılıb.
Hazırda İtaliya Birinci Futbol Liqasında (Seriya A) oynayan iki oyunçu sözügedən qərardan təsirlənəcək. "Atalanta"da çıxış edən Mario Pasaliç və "Latsio"da çıxış edən Toma Basiç yeni mövsümdən forma nömrəsi olaraq "88" almayacaq.
Ağarza Elçinoğlu