"Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik".

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken tviterdə yazıb.

"Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır", - Blinken qeyd edib.

Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.

Danışıqlar iyunun 29-dək davam edəcək.