NATO Belarusdakı "Vagner" PMC-yə nəzarət edəcək.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın bir sıra ölkələrinin dövlət və hökumət başçıları ilə birlikdə Haaqada qeyri-rəsmi şam yeməyindən sonra bildirib.

Onun sözlərinə görə, təşkilat "Vaqner" PMC və onun təsisçisi Yevgeni Priqojinin Belarusdakı  hərəkətlərini və onların sonrakı mümkün yerdəyişmələrini izləmək niyyətindədir. 

“Priqojinin Belarusa köçməsinin nəticələrinə, onun qüvvələrinin bir hissəsinin ehtimal olunan yerdəyişməsinə gəlincə, bu barədə danışmaq hələ tezdir. Lakin biz hər bir müttəfiqi, xüsusən də Belarusla həmsərhəd olan ölkələri davamlı olaraq qorumaq imkanını izləyəcək və təmin edəcəyik”, - deyə baş katib bildirib.

Polşa prezidenti Anjey Duda bir neçə NATO ölkəsinin liderlərinin Haaqa görüşünə getməzdən əvvəl Varşavada keçirdiyi brifinqdə bildirib ki, Polşa “ Vaqner ” özəl  hərbi şirkətinin qüvvələrinin Belarus ərazisinə yerləşdirilməsini mənfi siqnal kimi qiymətləndirir.