Xorvatiyalı futbolçu Mateo Kovaçiç "Mançester Siti" ilə müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı xəbər verib.

Müqavilə dörd il müddətinə nəzərdə tutulub.

İyirmi doqquz yaşlı yarımmüdafiəçi əvvəlki klubu "Çelsi"də 5 mövsüm keçirib, 221 matçda iştirak edib. Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatının qalibi olub.