Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukrayna qoşunlarının ləng irəliləməsi ilə bağlı medianın xəbərlərini təkzib edib.

"Unikal" xəbər verir ki, "Financial Times"a müsahibə verən nazir əks-hücumun əsas hadisəsinin hələ qarşıda olduğunu bildirib.

"Son həftələrdə Rusiyanın işğal etdiyi bəzi yaşayış məntəqələrinin azad edilməsi planlaşdırılan hücumda əsas hadisə deyildi. Rus işğalçılarına qarşı son cüzi qələbələr sadəcə olaraq daha böyük zərbə üçün məşq idi. Bəzən ruslar öz rəhbərliyinə müəyyən əraziləri itirdiklərini demirlər. Onlar öz rəhbərlərinə əlavə hesabat verməkdən qorxurlar".

Reznikov Ukraynanın əsas ehtiyatlarının, o cümlədən bu yaxınlarda qərbdə təlim keçmiş və NATO-nun müasir tankları və zirehli texnikası ilə təchiz edilmiş briqadaların əksəriyyətinin hələ heç bir hərbi əməliyyat keçirmədiyini təsdiqləyib. 

Ağarza Elçinoğlu