Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Dumasının Təhlükəsizlik Komitəsinə üsyan zamanı ölkəni tərk edənlərlə bağlı araşdırma aparmağı tapşırıb. 

"Unikal" xəbər verir ki, bu barədə deputat Nina Ostanina "Telegram" kanalında yazıb.

Məlumata görə, Dumanın bugünkü iclasında "Ədalətli Rusiya" fraksiyasının lideri Sergey Mironov iyunun 24-də yüksək rütbəli dövlət məmurlarının ölkədən qaçdığını açıqlayıb. 

Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkəti Rusiyada Kremlə qarşı üsyan başlatmışdı. 

Ağarza Elçinoğlu