Meksikanın Baş Prokurorluğunun təyyarəsi qəza enişi edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Felipe Anceles Beynəlxalq Hava Limanında baş verib. 

Təyyarədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub. Eniş zamanı tıyyarənin ön şassisi açılmayıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yalnız maddi ziyanın dəydiyi qeyd edilir.

Ağarza Elçinoğlu