"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Linkoln" növbəti yoxlama oyununu keçirib.
"Unikal" xəbər verir ki, Cəbəllütariq təmsilçisi Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşıb. Oyun "Linfild"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Linkoln" bundan əvvəl yoxlama görüşündə İraq millisinə 1:2 hesabı ilə məğlub olub, İspaniyanın aşağı liqa klublarından "Almunesar Siti"yə isə 5:0 hesabı ilə qalib gəlib.