Konfrans Liqasında 2023/24 və 2024/25 mövsümlərinin final oyunlarının keçiriləcəyi yerlər müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın İsveçrənin Nyon şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. 

2024-cü ildə həlledici görüş Yunanıstanın paytaxtı Afinadakı "Aya Sofiya" stadionunda, 2025-ci il finalı isə  Polşanın Vroslava şəhərində, "Slask"ın ev oyunlarını keçirdiyi arenada olacaq.