Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komandamız A qrupunda 2-ci oyununda Portuqaliya ilə qarşılaşıb və 2:5 hesabı ilə uduzub.

Azərbaycan millisi ilk oyununda Polşaya 2:7 hesabı ilə məğlub olub. Komanda qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.