İspaniyanın “Real Madrid” klubu yeni kapitanlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, rəhbərlik əsas kapitanla yanaşı, 3 vitse-kapitan müəyyənləşdirib.

Kərim Benzemanın gedişindən sonra sarğı müdafiəçi Naço Fernandesə tapşırılıb. Luka Modriç ikinci, Dani Karvaxal üçüncü, Toni Kroos isə dördüncü variant olacaq.

Qeyd edək ki, “Real Madrid” ötən mövsüm İspaniya Liqasında ikinci yeri tutub.