Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqdə "Linkoln" - "Qarabağ" ilk oyunu üçün biletlər satışa çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Linkoln"un saytı məlumat yayıb. Biletlərin qiyməti 5 funt-sterlinqdir.

Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.