Güləşçimiz Zəfər Əliyev Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 97 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə slovakiyalı Adam Jaksiklə qarşılaşıb.

Rəqibinə 12:5 hesabı ilə qalib gələn Əliyev bürünc medal qazanıb.

***21:50

Daha bir sərbəst güləşçimiz İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında medal qazanıb.

"Unikal" xəbər verir ki, 79 kq-da çıxış edən Sadiq Mustafazadə 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Öveclə qarşılaşıb.

Görüşdən 10:0 hesabı ilə qalib ayrılan Azərbaycan idmançısı bürünc medalın sahibi olub.

***21:15

Sərbəst güləşçi Cavidan Əhmədov İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı avstriyalı Muhamed Bektemirovla qarşılaşıb.

Rəqibini 10:9 hesabı ilə məğlub edən Əhmədov bürünc medal qazanıb.