İspaniya millisinin, "Çelsi", "Arsenal" və "Barselona" kimi klubların sabiq yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını başa vurduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib.
"Futbolçu karyeramı başa vurmağın vaxtın gəldiyini böyük kədər hissi ilə elan edirəm. "Barselona", "Çelsi", "Arsenal", "Monako", "Komo"da keçirdiyim hər günü xatırlayacağam. Bu, heç vaxt unuda bilməyəcəyim bir səyahət idi", - deyə o bildirib.
Fabreqas ötən mövsüm oynadığı "Komo"nun B komandasında məşqçilik edəcək.