Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarının son günü davam edir.
"Unikal" xəbər verir ki, Azərbaycan yığması Polşanın Krakov şəhərində təşkil olunan yarışlarda çıxışını başa vurub. Ölkəmizi Avropa Oyunlarının ümumilikdə 101 idmançı təmsil edib. Onlar 14 müxtəlif növdə mübarizə aparıb.
Azərbaycan idmançıları Polşada 11 medal qazanıb. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 6-si bürünc əyarlıdır.
Karateçilərimiz 2 qızıl və 1 bürünc, kikboksinq yığmamız 1 qızıl qazanıb. Boksçularımızla taekvondoçularımız hərəyə 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc, əldə edib.
Beş növdə mükafatçılar sırasında təmsil olunan Azərbaycan idmançıları padel, kamandan oxatma, triatlon, badminton, qılıncoynatma, çimərlik futbolu, cüdo, atletikada və atıcılıqda vətənə medalsız dönür.
Qeyd edək ki, Avropa Oyunlarında qitənin 48 ölkəsi təmsil olunub.