"Qəbələ” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
“Unikal” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub Rafael Utziqlə vidalaşıb. Cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb.
2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O bu oyunlarda 18 qol vurub.
Xatırladaq ki, "Qəbələ" daha əvvəl müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə də yollarını ayırıb.