"Beşiktaş" heyətinə yeni futbolçu qatmağı düşünür.
"Unikal" "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Lester" ilə müqaviləsi başa çatan Daniel Amarti ilə anlaşıb. Mənbənin məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Şenol Günəş razılıq verməsi durumunda, qanalı müdafiəçi təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2016-cı ildən formasını geyindiyi "Lester"də geridə qalan mövsüm bütövlükdə 24 rəsmi matça çıxıb.