Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarova təşəkkür məktubu ünvanlanıb. 

"Unikal" xəbər verir  ki, məktubda deyilir:

“Səhhətimdə yaranan problemlə bağlı Diaqnoz Tibb Mərkəzinə müraciət etdim və Mərkəzin Həkim-Terapevti Qoçəli Nağıyevin yüksək keyfiyyətli müalicəsi nəticəsində qısa zaman ərzində sağlamlığıma qovuşdum. 

Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarova göstərilən diqqət və qayğıya görə  təşəkkürümü bildirirəm. Həqiqətən Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov Cənabları Mərkəzdə nümunəvi şərait yaradıb və əhaliyə yüksək səviyyədə xidmət gostərilir. 

Diaqnoz Tibb Mərkəzinin Baş Həkiminə təşəkkür məktubu ünvanlandı

Diaqnoz Tibb Mərkəzinin peşəkar kollektivinin düzgün diaqnoz və keyfiyyətli müalicəsi sayəsində yüzlərlə insanın həyatı xilas edilmiş, onlara yeni ömür bağışlanmışdır.
 
Çox sağ olun, əziz həkimlər, var olun! Sağlamlıq naminə gücünüz-qüvvəniz həmişə yetərli olsun!

Bütün Diaqnoz Tibb Mərkəzinin heyətinə uğurlar arzulayıram.
 
Hörmətlə,
Rəşid İsmayılov”