Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər bu gün saat 16:00-da başa çatacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı (https://sy.edu.az/login) vasitəsilə həyata keçirilir. 

Valideynlər şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur. 

Qeyd edək ki, nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.