"Dərmanların qiymətlərinin tənzimlənməsi eyni metodla həyata keçirilir. Dərmanlara əmtəə kimi baxdıqda bu fərqlənir”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

"Dərman alıcının seçimi yox, təəssüf ki, bəzi hallarda əczaçının tövsiyəsi əsasında olur. Tənzimlənmə isə bu kimi sui-istifadələrin qarşısını alır. Ölkədə olan dərman qiymətlərini başqa ölkə ilə müqayisə etdikdə nəzərə almaq lazımdır ki, həmin preparatlar həmin ölkənin öz istehsalıdır ya yox”, - deyə nazir müavini bildirib.

R.İsmayılov əlavə edib ki, hər bir ölkənin dərman vasitələri üçün vergi faizləri də fərqlidir: “Müqayisə edilən ölkənin əhali sayına da fikir vermək lazımdır. Bu da ölkə sifarişlərinə təsir edir. Qiymətlər də hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlər başqa olur”.

Anar Kəlbiyev