"N-Laz Tibb Mərkəzi" tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. 

"Unikal" xəbər verir, klinikanın məqsədi dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərməkdir. Əsas prinsip - əhaliyə göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amaldır. 

Klinikada bütün növ laborator analizlər aparılır. Laboratoriya müasir avadanlıqlarla təchiz olunub. Laboratoriyada qanın ümumi, kliniki-biokimyəvi, qanın mikroelement tərkibi, İFA üsulu ilə hormonlar, infeksiyalar, onkomarkerlər, bakterioloji müayinələr, qanın hemostas göstəriciləri müayinə olunur. Müayinələrin təhlilləri yüksək ixtisaslı həkimlər və orta tibbi personal tərəfindən tez və keyfiyyətli icra olunur. Sterilizasiya və təhlükəsizlik qaydalarına cidd sürətdə əməl olunur.

"N-Laz Tibb Mərkəzi" - də ginekoloji şöbə də fəaliyyət göstərir.

Yüksək ixtisaslə həkimlər sonsuzluğun müalicəsi, hormonal pozğunluqlar, iltihabi xəstəliklərin müalicəsi ilə məşqul olurlar. Klinikada həmçinin ginekoloji proseslərin lazer terapiyası ilə müalicəsi, bitişmələrin əridilməsi kimi müasir metodlardan da istifadə olunur. Uşaqlıq boynunun patalogiyalarını kolposkopik müayinəsi də klinikamizda mövcuddur. Proseduralar ali və elmi dərəcəli həkimlər tərəfindən aparılır.
"N-Laz Tibb Mərkəzi" da həmçinin azonla müalicə üsulları da həyata keçirilir. 

Klinikada USM müayinəsi yüksək səviyyədə aparılır.

Diaqnostik məqsədlə qarın boşluğu orqanları və böyrəklər, kiçik çanaq orqanları, qalxanvari vəz, süd vəziləri, mama-ginekologiya və pediatrik praktikada, ürək, damar patalogiyalarında tətbiq edilir. Bundan əlavə aşağı və yuxarı ətrafların dopler müayinəsi aparılır.

Elektrokardioqrafiya
Exokardioqrafiya
Elektroensofaloqramma.

Ünvan: Nərimanov metrosunun yanı Əlicabbar Orucəliyev küç. 71

Tel: 0125142264.

Mob. 0554404188, 0502620566