Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində əməliyyat keçirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Cəlilabad rayon şöbəsinin mülki işçisi həbs edilib.

Əlavə məlumat veriləcək.

Orxan Həsənli

***

15:53

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

"Unikal" xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.

Ətraflı məlumat veriləcək.