Ədliyyə Nazirliyi “Asan İmza” ilə bağlı yaranmış çətinliklərə aydınlıq gətirib.

“Unikal” xəbər verir ki, nazirlik yaranmış problemin aparılan yenilənmə işləri ilə əlaqədar olduğunu bildirilib.

“Son günlər ərzində “Asan İmza” mobil elektron imza sisteminin yenilənməsi ilə əlaqədar müxtəlif informasiya resurslarında, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində elektron sənədlərin həmin imza ilə imzalanmasında çətinliklər müşahidə edilir.

Nəzərə alınması xahiş olunur”, - deyə məlumatda qeyd olunur.