İyunun 21-də başlayan 12 günlük Krakov-2023 həyəcanı başa çatıb. “Köhnə qitə”nin diqqət mərkəzində olan III Avropa Oyunlarıda 48 ölkədən ümumilikdə 7000-ə yaxın idmançı mübarizə aparıb.
"Unikal" xəbər verir ki, Polşaya 101 idmançı ilə yollanan Azərbaycan nümayəndə heyəti yekunda 11 medal qazanıb. Bunların da 3-ü qızıl, 2-si gümüş, 6-sı isə bürünc əyarlıdır. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında 24-cü yeri tutub.
Bildirilir ki, idmançılarımızla yanaşı, mötəbər turnirə ölkəmizin müxtəlif media orqanlarının 26 nümayəndəsi də yollanıb. ASAPES-də tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramının məzunu, həmçinin ASAPES-in əməkdaşı Rüfət Abdullayev də Avropa Oyunlarında fotojurnalist kimi iş başında olub. O, kamandan oxatma, qılıncoynatma, badminton və cüdo yarışlarında media nümayəndəsi kimi ölkəmizi təmsil edib.