Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfəri gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edərkən bildirib.
Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını qeyd edib.