"Reanimasiyaya yerləşdirilən Natəvan Babayevanın vəziyyəti stabildir". 

"Unikal" xəbər verir  ki, bu barədə "Liv Bona Dea Hospital"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samir Oruc açıqlama yayıb.

Onun sözlərinə görə, N. Babayeva artıq özünü yaxşı hiss edir. 

***09:52

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bir neçə ildir onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist “Liv Bona Dea Hospital”a yerləşdirilib.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.