“Azərbaycan dili və ədəbiyyatı üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlərin 8 faizi 0-29 bal toplayıb, bu, 674 nəfər deməkdir”.
“Unikal” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, 30-50 bal toplayanlar 62 faiz, 30 faizi isə 51 bal həddini ötüb.